Mirkazım Seyidov: “Diasporalar Rusiyada baş verənlərə qarşı etiraz etmədilər"
"Rusiyada baş verən hadisələr digər bir ölkənin nümayəndəsinin başına gəlsəydi, hadisə bu qədər şişirdilərək "milçəkdən" "fil" düzəldilməzdi". SİA-nın məlumatına görə, bu sözləri Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mirkazım Seyidov Jurnalist Qadınlar Assosiasiyasının həyata keçirdiyi görüşdə deyib. O bildirib ki, Rusiyada miqrantlarla hər hansı bir problem yarananda bu problemdən ən çox türkdilli xalqlar əziyyət çəkir.
Onun sözlərinə görə, oradakı azərbaycanlılar qanuni şəkildə fəaliyyət göstərir: "Lakin buna baxmayaraq, hər hansı bir problem yarandığı zaman həmyerlilərimiz zorakılığa məruz qalır. Onlara qarşı haqsızlıq edilir".
Məsələ ilə bağlı Rusiyada fəaliyyə göstərən diasporalarımızın fəaliyyətindən narazı olan M.Seyidov vurğulayıb ki, Novosibirsk şəhərində fəaliyyət göstərən diaspora üzvlərimizdən başqa məsələ ilə bağlı etiraz edən olmadı: "Mən diasporalarımızdan məsələ ilə bağlı başqa bir reaksiya gözləyirdim. Amma çox təəssüf ki, Rusiyanın digər şəhərlərində fəaliyyət göstərən diasporalar etiraz etmədilər. Halbuki, onların etirazı məsələnin şişirdilməməsinə müəyyən təsir edə bilərdi. Heyif ki, diasporalarımız öz işlərini itirməkdən qorxurlar. Qonşu ölkədə diasporalarımız sanki girov kimidirlər. Onlar düşünürlər ki, açıq şəkildə etiraz etsələr, Rusiya tərəfindən təzyiqlərə, müəyyən basqılara məruz qala bilərlər. Amma biz, Novosibirskdə fəaliyyət göstərən diasporalar öz etiraz səsimizi ucaltdıq bizə kim nə etdi ki? Təəssüf ki, Rusiyadakı diasporalar hələ də cəmiyyətə inteqrasiya olunmayıblar. Əgər hamılıqla etiraz etsəydik, bu cür olmazdı".
M. Seyidov həmçinin bildirib ki, Diasporlarla İş üzrə Dövlət Komitəsi, səfirlik və konsulluqlar diasporalarla bağlı ciddi addımlar atmalıdır:"Bunun üçün hər bir şərait var. Əks halda, bundan da ağır hadisələrlə rastlaşa bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB