2013-cü ilin sənətkarlıq paytaxtı seçilən Göygöldə yerli sənətkarların əl işlərindən ibarət sərgi təşkil olunub. SİA-nın bölgə müxbirinin xəbərinə görə, rayon mədəniyyət evində təşkil olunan sərgiyə 200-ə qədər sənət nümunələri çıxarılıb. Bunların sırasında müxtəlif kompozisiyaları əks etdirən rəsm əsərləri, toxuculuq və müxtəlif əl işləri daxildir. Sərgidə yaşlı nəslin nümayəndələri ilə yanaşı, məktəb şagirdlərinin əl işləri də yer alıb. Qədim adət-ənənələrimizi əks etdirən toxunma əşyalar, eləcə də sənətkarların hazırladığı səbət və çəlləklər daha çox diqqət çəkib. Sərgidə məktəblilərin sənətkarlıq paytaxtını əks etdirən rəsm əsərləri də maraqla izlənilib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB