Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda "ATLAS-da fizika" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş nitqi ilə çıxış edib.
Noyabrın 1-dək davam edəcək tədbir AMEA-nın Fizika İnstitutu və İsveçrənin Cenevrə şəhərində yerləşən Atlas Əməkdaşlıq Təşkilatı ilə birgə düzənlənib.
Beynəlxalq konfransda İsveçrənin CERN, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, həmçinin Polşa, Cənubi Afrika və digər ölkələrin nümayəndələri iştirak edir. Kofransın keçirilməsində məqsəd Atlas Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan işlərin müzakirəsidir.
Tədbirdə yerli və xarici alimlər yüksək enerjilər fizikasının müxtəlif sahələrinə aid nəzəri və təcrübi araşdırmalar barədə məruzələrlə çıxış edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB