Sabah hava dəyişkən buludlu olacaq

Sabah hava dəyişkən buludlu olacaq

"Noyabr ayının ilk günündə Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam isə tutulacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, sabah paytaxtda və yarımadada havanın temperaturu gecə 9-12, gündüz 15-19 dərəcə isti olacaq.

Ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı, axşam isə bəzi yerlərdə yağış yağacağı gözlənilir: "Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə