Karabükdə Qənirə Paşayevanın kitablarının təqdimat mərasimi keçirilib

Karabükdə Qənirə Paşayevanın kitablarının təqdimat mərasimi keçirilib

Karabükdə millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva kitabsevərlərlə görüşüb. SİA-nın məlumatına görə, Karabük Türk Ocaqları Mərkəzində gerçəkləşən təqdimat-imzalanma mərasimində Qənirə Paşayeva kitabları Karabüklülər üçün imzalayıb. Karabükün onun üçün xüsusi yeri olduğunu ifadə edən millət vəkili müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" kitabında qardaş Türkiyənin müxtəlif bölgələri haqqında məlumat verib və ən çox yeri Karabükə ayırdığını dilə gətirib.

Millət vəkili Qənirə Paşayeva Türk Ocaqları rəhbəri Dosent Doktor Taşkın Denizə dəyərli Karabüklü oxucularla gözəl görüş imkanı yaratdıqları üçün təşəkkür edib.

Türk Ocaqları rəhbəri, Türk Ocaqları sabiq rəhbəri, Ülkü Ocaqları rəhbəri, Atatürkü düşüncə dərnəyi və idarəçiləri, akademik və tələbələrin iştirak etdiyi təqdimat-imzalanma mərasimində millət vəkili Qənirə Paşayeva Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə inkişaf edən əlaqələrlə bağlı fikirlərini söyləyib. Onları Azərbaycana dəvət edən millət vəkili Qənirə Paşayeva bir-birimizi daha yaxından tanımaq, sahiblənmək üçün qarşılıqlı ziyarətlər və tədbirlər çox önəmlidir deyib.

Kitablarını kitabsevərlər üçün imzalayan Qənirə Paşayeva onlarla xatirə şəkilləri də çəkdirib. Kitablarla bərabər Qənirə Paşayevanın şeirlərinə bəstələnən mahnılardan ibarət 5 musiqi albomu da musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, təqdimat-imzalanma mərasimində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu "Məndən sonra...", "Səndən sonra...", " O..." "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası", "Aşk deyince ötesini arama...", "Kuzey Kıbrıs və Kıbrıs Türkləri", "Dünyanı dəyişən böyük adam", "Tarixə adını yazmış qadınlar", "Dünyanı dəyişən alimlər", "Hocalı Soykırımı: tanıkların dilinden" və digər kitabları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə