"Yaşlı nəslin təcrübəsindən faydalanaq" adlı geniş miqyaslı maarifləndirmə layihəsinin növbəti tədbiri keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, tədbir Nəsimi İcra hakimiyyəti ilə birgə Ağbirçəklər Şurasının üzvlərinin iştirakı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon Ağbirçəklər Şurasının sədri xanım Zərifə Quliyeva tədbir iştirakçılarını salamlayaraq, dövlət siyasətində milli-mənəvi dəyərlərin qorunub saxlanmasına verilən önəmdən, bu sahədə dövlət tərəfindən görüldüyü işlər haqqında danışıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Aynur Sofiyeva çıxış edərək, yaşlı və gənc nəsil arasında dialoqun - əsas məqsəd olduğunu bildirərək, qloballaşan dünyada milli dəyərlərin daha çox qorunmasına ehtiyac olduğunu söyləyərək, ailə dəyərlərin unikallığından, ailədaxili və nəsillər arası münasibətlərdə yaşlı nəslə ehtiram, hörmət hisslərinin, uşaqlara qarşı sevgi, məhəbbət, diqqət hissinin vacibliyini vurğulayıb.
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq Institutun fəlsəfə elmlər doktoru, xanım Rəna Mirzazadə milli dəyərlərin qorunub saxlanılması istiqamətində gənclərə öz tövsiyəsini verib.
Sonda tədbir iştirakçılarına komitə tərəfindən hazırlanan məlumatlandırma vəsaitləri paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB