Qubada qaz pulu yığımında çətinliklər var SƏBƏB

Qubada qaz pulu yığımında çətinliklər var SƏBƏB

Qubada abonentlərin təbii qaz borcu 2,5 milyon manata çatıb. Hazırda rayonda borclu abonentlərin mavi yanacaq təhcizatı dayandırılır. Amma reyd zamanı kimi balta alıb "doğrayaram sizi" deyir, kimisi isə qapını açmır. Belə hallar rayonun Zərdabi və II-ci Nügədi kəndlərində baş verir. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, bunu Quba Qaz İstismar Sahəsinin şöbə müdiri Mayıl Şıxıyev deyib.

"2 milyon 600 min manata yaxın borcuun toplanması istiqamətində Quba rayon Qaz İstismar Sahəsi reydlərə start verib. İstifadə etdiyi mavi yanacağın pulunu ödəməyən abanentlərə qazın verilişi dayandırılır", deyə şobə müdiri bildirir.

Reydlər rayonun 2-ci Nügədi və Zərdabi kəndlərində aparılıb. Nəticədə 10-dan artıq abonentin qazı kəsilib. Abonentlər qaz pulunu ödəməmələrinə səbəb kimi maddi imkanlarının aşağı olmasını göstəriblər.

Borclu abonent keçirilən reyd zamanı maraqlı hadisələr də baş verir. Bəzi abonentlər qapını açmır, bəziləri isə qanuna zidd hərəkətlərlə qaz istismar sahəsinin işçilərinə mane olmağa çalışır. Şöbə müdiri M.Şıxıyevin sözlərinə görə, əhali ilə dəfələrlə söhbətlər aparılmasına baxmayaraq ödənişdə ciddi problem yaranıb. Hazırda rayonun ümumi borcu 2 miyon 600 min manata çatıb.

Xatırladaq ki, Quba QİS tərəfindən borclu abonetlərə qarşı aparılan bu kimi reydlər davam etdirəcək.

Emin Kərimov. Quba

Bütün xəbərlər Facebook səhifəmizdə