Azercell-dən jurnalistika nəzəriyyəsi və praktikası

Şirkətin təşəbbüsü ilə mətbuat nümayəndələri üçün növbəti peşə təlimi keçirildi
Azercell-dən jurnalistika nəzəriyyəsi və praktikası

Azercell Telekom hər zaman ölkədə mətbuatla əməkdaşlığa və mətbuatın inkişafına yönəlmiş layihələrə və xüsusi önəm verib. Ən yaxşı araşdırma məqaləsi üzrə müxtəlif müsabiqələr, bu və digər ölkə və regionlarda telekommunikasiya sahəsinin inkişafı ilə daha yaxından tanış olmaq imkanı yaradan şirkətin Türkiyədə və İsveçdə yerləşən baş ofislərinə səfərlər bunun bariz nümunəsidir. Artıq uzun müddət ərzində şirkətin dəstəyi ilə jurnalistlər üçün təşkil olunan ingilis dili kurslarını xüsusilə qeyd etməyə ehtiyac var. Bu il isə, jurnalistlərin müraciəti əsasında, mövcud kurslara xüsusi olaraq rus dili kursu da əlavə olunub. Azercell-in ölkə mətbuatının inkişafına gətirdiyi digər əhəmiyyətli töhfə mətbuat nümayəndələri üçün təşkil olunan peşə təlimləridir. "TV jurnalistika", "Biznes jurnalistika" kimi uğurla təşkil olunan kursların sayəsində Azercell artıq xarici mütəxəssislərin iştirakı ilə xüsusi təlimlərin keçirilməsində təcrübə toplayıb. Bu il isə, şirkətin təşəbbüsü ilə Bakı və bölgələrdən müxtəlif mətbu orqanlarını təmsil edən 15 jurnalist üçün daha bir media-təlim təşkil olunub. Oktyabrın 28-29 tarixlərində keçirilən iki günlük təlimdə təcrübəli jurnalistlərlə bərabər, artıq biliklərini bu peşədə tətbiq edən ali məktəbin son kursunda təhsil alan tələbələr də iştirak edib. Tədbirə çap mətbuatının, informasiya agentlikərinin, xəbər portallarının, TV və regional KİV-lərin əməkdaşları qatılıblar. Geniş təcrübəyə malik Türkiyəli mütəxəssislər Mehmet Binay və Ayzen Atalay xəbərlərin yazılması, işıqlandırılması üçün mövzu seçimi, müsahibə alma texnikası, səmərəli ünsiyyətin yeni növü olan sosial şəbəkələrdən istifadə və digər maraqlı mövzular üzrə mühazirələr oxumuş və praktiki təlimlər keçirmişlər. Müxtəlif tapşırıqlar zamanı biliklərin tətbiqi və həmin praktiki məşğələlərin video yazısı ilə tanışlıq tədris olunan materialın jurnalistlər tərəfindən daha dərindən mənimsənilməsinə və onları maraqlandıran bütün sualların təlimçilər və həmkarlarla müzakirə etməyə imkan yaradıb. Azercell-in təşkil etdiyi təlimin digər vacib amili isə Türk və dünya KİV-lərinin iş prinsipləri ilə daha yaxın tanışlıq və təlimçilərin iştirakçılarla geniş fikir mübadiləsinin mümkün olması idi.

Azercell gələcəkdə də ölkə jurnalistikasının inkişafına yönəlmiş yenilikçi layihələrə dəstək göstərməkdə davam edəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

"Azercell Telekom" MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir. 2013-cü ildə Azercell ölkənin mobil operatorları arasında mobil elektron imza xidməti Asan imza sistemini tətbiq edən ilk operator oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə