Bolu Ticarət və Sənaye odasında "Qarabağdan Anadoluya könül körpüsü-Azərbaycan-Türkiyə qardaşlıq gecəsi" təşkil olunub. Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Bolu Ticarət və Sənaye odası, Abant İzzət Baysal Universiteti, Aşıq Şəmşir Mədəniyyət Ocağı İB, Türk dünyası tələbə toplumu və Bolu Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən gecədə türk dövlətləri arasında mənəvi körpü qurulması ortaq dəyərlərin üzə çıxarılması məsələləri ortaya qoyulub. SİA-nın məlumatına görə, gecədə Bolu Bələdiyyəsinin sədri Ələddin Yılmaz, Bolu Ticarət və Sənaye Palatası başçısı Türker Atəş, Abant İzzet Baysal dərnəyinin başçısı Ahmet Baysal, Bolu vali müavini Mustafa Kemal Keskin, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü millət vəkili Qənirə Paşayeva, Bolu millət vəkilləri, tələbələr və Bolu şəhər sakinləri iştirak ediblər.
"Türk dünyasında bir-birimizi asanlıqla başa düşəcəyimiz tək ölkə Azərbaycandır. Bizə əvvəllər SSRİ-də türk dövlətinin olduğu öyrədilmədi. Ancaq Türkiyə indi əvvəlki Türkiyə deyil. Artıq türk dünyası ölkələri ilə əlaqələr qurmağa çalışır. Bu əlaqələrin qurulması üçün fədakar insanlara ehtiyac var" bunu çıxışı zamanı Bolu Bələdiyyə başçısı Ələddin Yılmaz dilə gətirib. Ə. Yılmazın sözlərinə görə, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan türklərlə əlaqələrin daha da möhkəmləndirilməsinə ehtiyac var. Bu zaman meydana ortaq türk dili məsələsi çıxır. Ortaq türk dili türk insanının daha da yaxınlaşmasına gətirib çıxaracaq: "Bu yaxınlarda Boluya digər türk dövlətlərindən gəlmiş tələbələrlə görüşdüm. Lakin təəssüf ki, onlarla rus dili tərcüməçisi vasitəsilə söhbət etdim... Ancaq azərbaycanlı tələbələrlə belə problem yaşanmır. Unutmamalıyıq ki, biz bir millət iki dövlətik".
Gecədə çıxış edən millət vəkili Qənirə Paşayeva tarixi kökləri olan Türkiyə-Azərbaycan əlaqələrindən bəhs edib. O müasir Türkiyənin banisi Mustafa Kamal Atatürkün Azərbaycana Ümummilli lider Heydər Əliyevin qardaş Türkiyəyə olan münasibətini türk gəncliyinə türk insanına örnək göstərib.
Çıxışlardan sonra gecə iştirakçıları üçün konsert proqramı təqdim olunub. Bolu sənətçiləri ilə birgə Azərbaycanın bəstəkar müğənnisi, Əməkdar Artist Elza Seyidcahan, Opera və səs sənətçisi İlham Əsgəroğlu türk dünyasının birliyindən bəhs edən mahnılar ifa ediblər. Sonda millət vəkili Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevaya Bolu Bələdiyyə sədri Ələddin Yılmaz və Ticarət və Sənaye Palatasının başçısı Türkür Ateş tərəfindən "Türk dünyasında göstərdiyi xidmətlərinə görə" mükafat, diplom və təşəkkürnamə, Koroğlu heykəli təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB