Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında Qaradağ Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi birlikdə "Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu" mövzusunda rayon müşavirəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, müşavirədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini polkovnik Cəfər Məmmədov, Bakı Regional Mərkəzinin əməkdaşı mayor Elgün Ələkbərov, Dövlət Yanğın Nəzarəti şöbəsinin rəis müavini mayor Hüseyn İmanov, Dövlət Yanğın Mühafizə Xidmətinin Qaradağ rayon Dövlət Yanğın Mühafizə Hissəsinin əməkdaşı Mətləb İsmayılov və rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
İlk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov keçirilən tədbirin əhəmiyyətindən danışmış, hər kəsin fövqəladə hallar zamanı davranış qaydalarını bilmələrinin olduqca vacib olduğunu vurğulayıb. Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini polkovnik Cəfər Məmmədov FHN-nin gördüyü işlərdən danışaraq keçirilən tədbirin məqsədi barədə məlumat verib. Sonra FHN-nin fəaliyyəti barədə videoçarx nümayiş olunub, "Yanğın baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları", "Yanğın təhlükəsizliyinin problemləri və həlli", "Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları", "Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər, və həlli yolları", Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər, və həlli yolları", "Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti" və "Yanğın zamanı ilkin tibbi yardım" mövzularında çıxışlar olub.
Natiqlərin hər biri əhalinin yanğın təhlükəsizlik qaydalarına riayət etmək qaydalarına ciddi əməl etmələri, əhali arasında profilaktik və maarifləndirmə işlərinin gücləndirilməsi, yaşayış binalarının tüstü bacalarının təmizlənməsi, elektrik, qaz, istilik sistemlərində baş vermiş nasazlıqların aradan qaldırılması, qeyri-standart və nasaz qızdırıcı avandanlıqların istismardan çıxarılması kimi vacib məsələlərə toxunaraq bunların həlli istiqamətində əməli addımların atılmasını qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB