Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə növbəti səyyar qəbul və görüşü Kakalos kənd inzibati ərazi dairəsinin Balaca Şahağac kəndində olub. SİA-nın Cənub bürosunun məlumatına görə, 377 ha ərazisi, 329 təsərrüfatı, 1086 nəfər əhalisi olan kənddə 1 tam orta məktəb, 1 mədən iyyət evi, 1 məscid, 1 kitabxana vardır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
Kənd sakinlərindən Canbaxış Zeynalov, Hacıbala Fərziyev, Hacıhüseyn Əliyev, Sultan İskəndərov, Allahverən Eynullayev, Səfərəli İbadov çıxış edərək ölkə Prezidentinin diqqət və qayğısı ilə ölkəmizdə, o cümlədən rayonumuzda görülən genişmiqyaslı işlərdən razılıqla danışıblar. Əhali ilə mütəmadi görüşlərinə görə İcra Hakimiyyətinin başçısı Q. Ağayevə minnətdarlıq edən sakinlər Balaca Şahağac kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, kənddəki suötürücü kanalın lildən təmizlənməsi, Kakalos kəndində bankomatın quraşdırılması, elektrik xətt təsərrüfatının təmir edilməsi barədə arzu və təkliflərini veriblər.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev prezident seçkilərində fəallıq göstərdiklərinə, Heydər Əliyev ideyelarına, onun layiqli davamçısı olan möhtərəm cənab İlham Əliyevə səs verdiklərinə görə kənd sakinlərinə minnətdarlıq edərək bu qələbəyə görə onları təbrik edib.
Ölkəmizin iqtisadi gücü artıqca vətəndaşlarımızın firavan yaşaması üçün daha yeni layihələr həyata keçirilir. Azərbaycanın sürətli inkişafına xidmət edən və hazırlanmaqda olan 2014-2018-ci il Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bütün ölkədə olduğu kimi Astara rayonunda da mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
İcra başçısı kənd sakinlərinin qaldırdıqları məsələlərə münasibət bildirərək kəndin əsas suötürücü kanallarının lildən təmizlənməsi üçün tapşırıqlarını verib, 2014-cü ildə Balaca Şahağac kənd tam orta məktəbi üçün yeni binanın tikiləcəyini, elektrik xətt təsərrüfatının da tədricən yeniləşəcəyini diqqətə çatdıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB