Lənkəran şəhərində "Sağlam olaq" mövzusunda tədbir keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər 10 saylı orta məktəbinin akt zalında məktəblilərin ilkin tibbi yardım qaydalarına yiyələnməsi və zərərli vərdişlərdən uzaqlaşdırılması haqqında mühazirələr dinlənilib.
Tədbirdə Gənclər və İdman İdarəsinin nümayəndələri, tibb kollecinin tələbələri iştirak edib.
Sonda şagirdlərə narkomaniyanın zərərlərini əks etdirən bukletlər paylanıb.
"Sağlam olaq" adlı maarifləndirici seminarın silsilə şəklində bir neçə şəhər və kənd məktəblərində keçirilməsi nəzərdə tutulub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB