Hər gün ölkəmizdə yüzlərlə qəza xəbəri eşidirik. Bəlkə də bu cür məlumatları öyrənəndə təəssüf ki, bizə adi hadisə kimi gəlir. Ancaq qəza hadisəsində dünyasını dəyişən insanlar haqqında müəyyən məlumatlarımız olanda nədənsə çox təsirlənirik. Onlaradan biri də hələ 21 yaşını qeyd edə bilməyən Özal Əlilidir. Bu gənc toy mərasiminə getmək üçün Ucar rayonuna yola düşür. Həmçinin öz doğum gününü də burada keçirəcəyi haqda sosial şəbəkədə yazıb. Lakin yüksək sürət bu gəncin də arzularını ürəyində qoyub. Görəsən belə sürətlə getmək insana ölüm hissindən başqa necə zövq verə bilər? Mən anlaya bilmirəm. Özün üçün etmirsənsə heç olmasa səni sevənlər üçün bir az məsuliyyətli olub sürəti azaldın. Bu yazım Özalın timsalında bütün yüksək sürəti sevənlərə aiddir. Yəni siz düşünmürsünüzmü ki, sənsiz yaşamaq həyat yoldaşın üçün necə çətin, atasız övlad üçün necə ağrılı, ən vacibi isə valideyinlərinin bütün həyatı alt-üst ola bilər.
Özalın vaxtsız ölümünə razılaşa bilməyən dostları onun üçün xüsusi video hazırlayıblar. Ancaq hər kəsə məlumdur ki, bu video çarx Özalı yaxınlarına qaytarmayacaq.
Nəzərinizə çatdıraq ki, Özal Əlili oktyabrın 25-də "Mitsubishi" markalı avtomobili yüksək sürətlə idarə etdiyi üçün qəza keçirib. Mərhum elə hadisə yürindəcə dünyasını dəyişib.
Qeyd edək ki, Özal Əlili noyabr ayının 1-də 21 yaşını qeyd etməyə hazırlaşırdı. Həmçinin mərhum Özal nişanlı idi və tezliklə sevdiyi şəxslə ailə həyatı qurmağı arzulayırdı.
Əslində 21 il çox qısa həyat yoludur. Ancaq Özal az müddətdə özünü ətrafdakılara sevdirə bilib. Hazırda onun üçün göz yaşı tökənlər xeyli saydadır. Belə nəticəyə gəlmək olar ki, 21 yaşlı Özal ömrünü bu vaxtadək boşa yaşamayıb.
Allah Rəhmət Eləsin!




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB