Azərbaycan Gənclər Fondu ali təhsil müəssisələrində təqdimatlar keçirməyə başlayıb. SİA-ya verilən məlumata görə, növbəti təqdimatlar Fondun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Strateji Planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, sektorun əməkdaşı Vüsalə Niftəliyevatərəfindən Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Qərb Universiteti və Azərbaycan Müəllimlər İnstitutunda keçirilib. Tələbələrin böyük marağına səbəb olan təqdimatlarda gənclərin sualları cavablandırılıb, görüşlər diskussiya şəklində davam edib.
Görüşlərdə tələbələrə Fonda müraciət qaydaları, onlayn qeydiyyat, layihə təqdim etmə və digər zəruri məlumatlar təqdim olunur.
Nəzərinizə çatdıraq ki, təqdimatlar hal-hazırda keçirilən 4-cü qrant müsabiqəsində gənclərin və tələbələrin fəallığını artırmaq, onları məlumatlandırmaq məqsədilə keçirilir. 4-cü qrant müsabiqəsinin məqsədi gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 14-29 yaş həddində olan fiziki şəxsləri "C" kateqoriyası üzrə müsabiqədə iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir. Müsabiqə haqqında ətraflı məlumat üçün: http://youthfoundation.az/4cuqrantelani/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB