Şeyxülislam axundlara xəbərdarlıq etdi

Şeyxülislam axundlara xəbərdarlıq etdi

"Azərbaycanda elə məscidlər var ki, orada dinə aidiyyəti olmayan şəxslər çıxıb moizə oxuyur, dini çağırışlar edirlər". SİA-nın məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov QMİ də Məhərrəmlik ayı ilə bağlı tədbirdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu cür hallar narahatlığa səbəb olur.

Bu halların qarşısının alınması ilə bağlı QMİ sədrinə müraciət edən G. İsmayılov vurğulayıb ki, belə halların qarşısının alınması ilə bağlı tədbirlər görülməlidir.

Məsələyə münasibət bildirən QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, həqiqətən də belə hallar mövcuddur. O vurğulayıb ki, bu kimi halların qarşısının alınması məqsədilə dəfələrlə xəbərdarlıq etsə də, onun qarşısı hələ də tam alınmayıb: "Elə axundlar var ki, ona etibar edilən vəzifəni icra etmir, başqa iş dalınca gedib öz vəzifəsini təsadüfi adamlara tapşırırlar. Mən bu məsələ ilə bağlı son dəfə xəbərdarlıq edirəm. Buna son qoyulmalıdır. Əks halda, onlar cəzalandırılacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə