Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə "Biz ictimai davranış qaydalarını təbliğ edirik" adlı layihə reallaşdırılacaq. SİA-ya verilən məlumata görə, layihənin həyata keçirilməsində əsas məqsəd, cəmiyyətdə riayət etməli olduğumuz düzgün davranış qaydalarını gənclər arasında təbliğ etməkdən ibarətdir. Layihə çərçivəsində "İctimai davranış qaydaları" adlı kitabçanın və maarifləndirici posterlərin hazırlanması nəzərdə tutulur. Həmin kitabçaların ictimai yerlərdə, eləcə də ali və orta ixtisas təhsili müəssisələrində gənclərə paylanması planlaşdırılır. Kitabçada ictimai nəqliyyat, küçə, restoran və iş yerində, eləcə də piyadaların yol hərəkəti zamanı davranış qaydaları, salamlaşma, danışıq, müraciət və xitabetmə, tanışlıq və təmizlik, siqaret çəkmək, sosial media və onlayn etiket qaydaları haqqında məlumat verilib.
Qeyd edək ki, sentyabr ayından icrasına başlanılan layihənin ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB