Lənkəranın Şürük məktəbinin keçmiş məzunu yuxarı sinif şagirdləri üçün mühazirə oxuyub
Şürük kənd tam orta məktəbi Lənkəran rayonunun qabaqcıl təhsil ocaqlarından sayılır. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, məktəb 1923-cü ildə təşkil edilib. 1976–cı ildə birtipli layihə əsasında tikilmiş 420 yerlik iki mərtəbəli binaya köçüb. Təhsildə aparılan islahatlar, innovasiyalar pedaqoji prosesə uğurla tətbiq edilir. Tanınmış pedaqoq Namiq Bağırovun rəhbərlik etdiyi məktəbdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyası ilə təmin olunması üzrə Dövlət Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında" sərəncamına əsaslanaraq burada müasir standartlara cavab verə biləcək kompüter otağı, fənn kabinetləri, xüsusi laboratoriyalar, kitabxana və idman zalı vardır. Məktəbdə şagirdlərin ixtisas seçimi ilə bağlı mütəmadi tədbirlər təşkil edilir.
Bu günlərdə məktəbin tanınmış məzunlarından Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşı, Azərbaycan Dövlət İqtisadt Universitetinin müəllimi Nahid Cəfərovla görüş şagirdlərin yaddaşlarından uzun müddət silinməyəcək. Tədbiri açan məktəbin direktoru Namiq Bağırov əvvəlcə məktəbin fəaliyyəti, qazandığı uğurlar, tanınmış məzunları barədə geniş məlumat verib. Bildirib ki, hazırda məktəbdə təhsil alan 312 şagirdin təlim tərbiyəsi ilə 41 müəllim məşğul olur. Məktəb məzunlarının sorağı respublikamızın ən yüksək məsul sahə və idarələrdən gəlir. İndiyədək məktəbin 2 məzunu general-mayor rütbəsinə qalxıb, 2 elmlər doktoru, 6 elmlər namizədi, 1 əməkdar jurnalist və digər neçə-neçə tanınmış sənət sahibi bu məktəbin yetirməsidir. N.Bağırov sonra sözü məktəbin yetirməsi Nahid Cəfərova verib. O çıxış edərək gələcək məzunlara öz tövsiyyələrini verib. Karyera seçməyin yolları, bu yöndə əsas şərtləri önə çəkərək bu üstiqamətdə gəncləri məqsədyönlü və istəkli olmağa çağırıb.
Diskussiya formasında davam edən maraqlı görüşdə şagirdlər dinlənilib, onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB