Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Məhhərrəmlik ayı ilə bağlı Fətva verib. SİA-nın məlumatına görə, Fətvada bildirilir ki, hicri-təqvimi ilə yeni 1435-ci ilin başlanğıcı- Məhərrəm ayının 1-i Miladi təqvimi ilə 2013-cü il noyabr ayının 5-nə , Aşura günü isə noyabr ayının 14-nə təsadüf edir.
QMİ Qazılar Şurası bu münasibətilə bütün dindarlara dərin hüzn ilə baş sağlığı verir, Allah- Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn əleyhissəlamın əzadarlığının İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyyə edir.
Fətvada həmçinin bildirilir ki, təziyələrdə habelə vətənimizin bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir.
"İmam Hüseyn, Kərbəla şəhidlərinin əzadarlığı işığında Qarabağ şəhidlərinin yad edilməsi xüsusi önəm kəsb edir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncirvurmaqla qan çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yolverilməməlidir. Əzadarlar özlərinə xəsarət yetirməməli, bunu digərlərinə də təlqin etməlidirlər",-deyə Fətvada qeyd edilib.
Fətvada həmçinin vurğulanır ki, dindarlarımızın builki İmam Hüseyn (ə) təziydarlığı zamanı da ehtiyacı olan xəstələr üçün qanvermə kimi humanist ənənəni davam etdirərək, İslamın şəhidlik fəlsəfəsinin mahiyyətini daha dərindən sərk etməyə nail olacaqlarına ümidvarlıq ifadə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB