Bu gün Qafqaz Müsəlmanları İdarəsində Məhərrəmlik ayının başlanması ilə bağlı tədbir keçirilir. SİA-nın məlumatına görə, tədbirdə dini qurum nümayəndələri, icma rəhbərləri, Gürcüstandan və Dağıstandan ölkəmizə qonaq gələn nümayəndə heyəti iştirak edir.
Tədbiri giriş sözü ilə açan QMİ sədri Hacı Allahşükür Paşazadə ilk növbədə Həcc ziyarətinə gedib qayıdan zəvvarları təbrik edib. Budəfəki ziyarətin seçkilərə təsadüf etdiyini dilə gətirən QMİ sədri həmçinin bildirib ki, qurum zəvvarların səsverməsin üçün təşkilatçılıq işlərini yüksək səviyyədə yerinə yetirib: "Seçkilərdə qalib gələn ölkə başçısını təbrik edirik. Ötən gün ölkə başçısı ilə danışıığımız baş tutub. Ölkə başçısına dini məkanların pulsuz qazla təmin olunması ilə bağlı qərarı çox mühümdür. Biz buna görə dövlət başçısına təşəkkür edirik".
Daha sonra tədbirlə bağlı danışan Şeyxülislam bildirib ki, hər il olduğu kimi QMİ bu ildə məhərəmlik ayının başlanması ilə bağlı tədbir keçirir.
Aşura günü ilə bağlı danışan QMİ sədri zəncivurmağın düzgün olmadığını dilə gətirib: "Zəncir vurmaq lazım deyil, küçələrdə yürüş etmək düzgün deyil. Məscidlər yetərlidir. Qan tökmək məqbul sayılmır".
Çıxışı zamanı Şeyxülislam bəzi qüvvələrin Azərbaycanda mövcud olan sabitliyə mane olması məsələsinə də toxunub. O bildirib ki, çox təəssüf ki, bu gün məzhəblər arasında iğtişaş salmaq istəyən qüvvələr var: "Buna imkan yaratmamalıyıq. Bizim hamımızı birləşdirən Allahdır, Qurandır, Peyğəmbərdir və imamlardır. Bu gün Azərbaycanda hər iki məzhəbin (sünni və şiə) daşıyıcısı olan insanlar var. Onların bir yerdə yaşaması, namaz qılması, ibadət etməsi hamımız üçün xoşdur. Azərbaycanda tolerantlıq, dinlərarası münasibət, başqa dinlərə olan münasibət bütün dünyaya nümunədir. Amma bunu pozmaq istəyən qüvvələr var. Bütün bunların arxasında xarici qüvvələrin dayandığını çox yaxşı bilirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB