AQUPDK əməkdaşları Britaniyada beynəlxalq tədbirdə iştirak ediblər

AQUPDK əməkdaşları Britaniyada beynəlxalq tədbirdə iştirak ediblər

Böyük Britaniyanın Şimali İrlandiya Krallığında "Uşaqlara qarşı məişət və seksual zorakılığın qarşısını alınması" mövzusunda Avropa Ittifaqının dəstəyi ilə təlim səfəri keçirilib. Səfərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Cəmilə Bağırova, Raidə Əmirbəyova və Fərid Ədilov iştirak ediblər. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təlim Şimalı İrlandiyanın Londonderri şəhərində təşkil edilib.

Səfər çərçivəsində Komitənin əməkdaşları Qərb Sağlamlıq və Sosial Qayğı Xidmətləri təşkilatının nəzdində fəaliyyət göstərən uşaq mərkəzləri və siğınacaqlarını ziyarət ediblər. Həmçinin təlim zamanı Londonderri şəhərin meri cənab Garri Middlton Azərbaycandan gələn nümayəndə heyətini qəbul edib.

Görüşlər çərçivəsində VOYPİC gənclər evinə görüş təşkil olunub. Təşkilatın işçiləri əsas məqsədi çətinliklərlə üzləşən genclərini psixoloqlarla təmin edilməsi və onlara düzgün yol göstərilməsi olduğunu vurğulayıblar.

Şimalı İrlandiya bütün dünyada öz inkişaf edən uşaq siyasəti ilə məşhurdur. Uşaq siyasətində bir biri ilə sıx əməkdaşliq əsasında fəaliyyət göstərən dövlət və qeyri dövlət orqanlar bu gün nümünə olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə