O.Kuznetsov: “Rus-erməni birliyi” təşkilatı Rusiya ərazisində artıq 20 ildir qanunsuz fəaliyyət göstərir” MÖVQE
Moskvada, "Arqumentı i faktı" həftəliyinin mətbuat mərkəzində Rusiya tarixçisi, tarix elmləri namizədi Oleq Kuznetsovun "Qarabağ münaqişəsinin "mifləri" haqqında həqiqətlər" kitabının təqdimatı olub. SİA-nın AzərTac-a istinadən verdiyi məlumata görə, Moskvanın "Minuvşeye" nəşriyyatının buraxdığı ktabda Stanislav Tarasovun "Qarabağ münaqişəsinin mifləri" kitabına daxil olan məqalələr tənqidi baxımdan araşdırılır.
O.Kuznetsovun fikrincə, S.Tarasov kitaba daxil etdiyi esselerdə ötən əsrin əvvəllərində Cənubi Qafqazda sovet hakimiyyətinin qurulduğu illərdən indiki dövrədək məlum olan bir çox tarixi hadisələri və faktları saxtalaşdırıb. O.Kuznetsov deyib: "İki il əvvəl Rusiyanın "Regnum" xəbər agnetliyinin saytında S.Tarasovun böyük əks-səda doğuran silsilə məqalələri dərc edilmişdi. Ötən ilin yayaında, tanınmamış "Dağlıq Qarabağ Respublikası"nda prezident seçkiləri ərəfəsində həmin məqalələr toplum halında dərc edilmişdir. Bu kitabda toplanan materiallar Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyətindən daha çox Rusiya tarix elmində yaranmış heç də xoş olmayan vəziyyəti əks etdirir. Belə ki, ayrı-ayrı tarixçilər tarixi sənədlərin məzmununu saxtalaşdırmaqdan çəkinmirlər. Mən kitabımda bunları arqumentlər və faktlarla sübuta yetirmişəm. Kitab həm də Rusiya tarix elminin siyasi konyukturaya, maddi mükafatlandırmaya uyaraq, ilk növbədə, Rusiya xarici siyasətini gözdən salan bəzi nümayəndələrinin mənəvi düşgünlüyü haqqındadır".
O.Kuznetsov xüsusi vurğulayıb ki, o, təqdim olunan kitabda təkcə tarixçi deyil, həm də hüquqşünas kimi çıxış edir. S.Tarasovun kitabının təqdimatını təşkil etmiş "Rus-erməni birliyi" təşkilatı və Beynəlxalq Ən Yeni Dövlətlər İnstitutu əslində ermənilərin "Daşnaksütyun" partiyasının, "Ay Data" və digər transmilli erməni təşkilatlarının nümayəndəlikləridir. Rusiya qanunvericiliyinə əsasən, ölkədə xarici ölkələrin partiyalarının fəaliyyəti qadağandır. Müəllif deyib: "Rus-erməni birliyi" təşkilatı Rusiya ərazisində artıq 20 ildir qanunsuz fəaliyyət göstərir. Rusiya Baş Prokurorluğu bu məlumatları diqqətlə öyrənməlidir. Çünki Rusiya ərazisində bu cür təşkilatların fəaliyyəti qadağan olunmuşdur".
Təqdimat mərasimində iştirakçılara Rusiya Dövlət Arxivindən sənədlərin surətləri paylanıb. O.Kuznetsov qeyd edib ki, həmin sənədlərdən göründüyü kimi, S.Tarasov arxiv sənədlərindən bütöv abzasları çıxarmaqla onları saxtalaşdırıb.
Tarix elmləri namizədi Eldar Abbasov çıxışında bildirib ki, S.Tarasov öz kitabında Y.Barseqovun redaktəsi altında çıxmış "Erməni soyqrımı:Türkiyənin məsuliyyəti və dünya birliyinin öhdəlikləri" kitabdakı sənədlərdən istifadə edib. Belə ki, Y.Barseqovun kitabında yol verilmiş səhvlər eyni ilə Tarasovun yazılarında da təkrar edilir. Bu da Tarasovun şəxsən arxiv materialları ilə işləməsi iddiasınının yalan olduğunu göstərir.
Təqdimat mərasimində keçmiş diplomat, Azərbaycanın BMT-dəki keçmiş nümayəndəsi Eldar Quliyev, tarix elmləri namizədi Konstantin Feofanov və başqaları çıxış edərək tarixi faktlrın və sənədlərin saxtalaşdırılmasının yolverilməz olduğunu diqqətə çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB