"Ermənistan elə bir birliyə daxil olmaq istəyir ki, orada Rusiya Azərbaycanla çoxmilyonlu silah sövdələşməsi haqqında müqavilə imzalayır, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Belarus da əksər hallarda Azərbaycanın maraqlarını müdafiə edir"
"Həddindən artın zəif olan Ermənistan hakimiyyəti təzyiqlər qarşısında duruş gətirə bilmir. Belə görünür ki, sentyabrın 3-dən sonra baş verən proseslər Ermənistanın xeyrinə deyil". Bu sözləri "Birinci İnformasiya"ya "İrs" partiyasının sədr müvavini Armen Martirosyan bildirib.
Onun sözlərinə görə bunun ən baiz nümunəsi Avropa Parlamentinin qəbul etdiyi son qətnamədir. BMT-nin dörd qətnaməsində əks olunan "işğal olunmuş ərazilər" fikri uzun müddət idi ki, Avropa instansiyalarının sənədlərində yer almırdı.
"Avropa Parlamentinin son qətnaməsi hələ başlanğıcdır"
Martirosyan hesab edir ki, Avropa Parlamentinin "işğal olunmuş ərazilər" ifadələrinin yer aldığı son qətnaməsi hələ başlanğıc, "gülün ləçəkləri" olmaqla yanaşı Avropanın Ermənistanan gələcəkdəki münasibətinə işarədir: "Bununla yanaşı Avropa İttifaqı hesab etdi ki, Türkiyə ilə üzvlüklə bağlı danışıqlar davam etdirilməldir. Buna paralel olaraq Nazarbayev və Lukaşenko bəyan edirlər ki, Ermənistan nə bu il, nə də gələn il Gömrük İttifaqına üzv ola bilməz. Nazarbayev Türkiyənin Gömrük İttifaqına üzvlüyündən danışır. Lukaşenko isə daha sərt şəkildə danışaraq bildirir ki, Ermənistanın Azərbaycanla ərazi problemi var və bu problem həll olunmalıldır. Ermənistan elə bir birliyə daxil olmaq istəyir ki, həmin birliyin əsas üzvlərindən biri olan Rusiya Azərbaycanla çoxmilyonlu silah sövdələşməsi haqqında müqavilə imzalayır, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Belarus da əksər hallarda Azərbaycanın maraqlarını müdafiə edir. Bundan sonra Polşanın xarici işlər naziri Ermənistana münasibətdə diplomatik şəkildə kifayət qədə sərt bəyanat verdi. Belə demək olar ki, artıq erməni kimliyinə heç kim hörmət etmir".
Erməni siyasətçi qeyd edib ki, Avropanın Ermənistana təzyiqləri başa düşüləndir: "Avropa Ermənistanda çox vaxt və maddi resurslar itirdi, hələ mən siyasi resursları demirəm. Belə deyək ki, seçkilərin saxtalaşdırılmasına, idarəetmə sisteminə yardım etdilər. Ermənistan isə sözün əsl mənasında Avropanı aldatdı. Nəticə belə də olmalı idi".
Anar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB