Elşən Musayev: “İbrahimbəyov acı təkəbbürün və iyrənc eqonun qurbanıdır”
"Rüstəm İbrahimbəyovun Azərbaycanda baş verən prosesləri, ələlxüsus da Prezident seçkiləri ilə bağlı məqamları qiymətləndiməyə ən azından mənəvi haqqı yoxdur. Çünki bu adam açıqca erməni təəssübkeşidir, milli dəyərlərdən uzaq biridir və ən nəhayət ölkə siyasətinin bütün qanadlarında nüfuzunu sıfıra endirmiş, özünü bitirmiş zavallıdır". SİA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev "Milli Şura"nın sədri Rüstəm İbrahimbəyovun bu gün mətbuata verdiyi açıqlamaya münasibət bildirərkən söyləyib.
"İbrahimbəyov növbəti dəfə dövləti və ölkənin nüfuzlu insanlarını hədəfə alıb. Hansı ki, bütün həyatı boyu nə özünün həmin dövlətə xaslığını göstərən fəaliyyət sərgiləyib, nə də haqqında danışdığı həmin dəyərli insanların zərrəsi olmağı bacarıb. Amma baxın, danışanda qəhrəman kimi danışır. Yenə asıb-kəsir. Bir pasportdan belə imtinanı gözə ala bilməyən, indiyə qədər təmsil olunduğu bütün düşərgələri satan, müxalifəti 5-10 min müqabilində barmağına dolayan, cəsarətsizliyin simvoluna çevrilən biri vətəndaşları güclü olmağa, toparlanmağa, birliyə çağırır! Bundan ötə absurd və nonsens ola bilərmi? Yox, əlbət! Çünki haqqında danışdığı keyfiyyətlərin, irəli sürdüyü ideya komponentlərinin, insanlarda görmək istədiyi ayrıcalığın bircə faizi belə özündə yoxdur. Adam sözün əsl mənasında acı təkəbbürün və iyrənc eqonun qurbanıdır. Və belə də yaşamağa davam edir.
Odur ki, qocaman rejissor beynəlxalq birliyin ölkəmizlə bağlı rəyini, eyni zamanda fərdiyyətdən doğan hikkəli mülahizələrini saxlasın özünə, gərəyi olar. Çünki bundan sonra onun dediklərinin özündən savayı kiməsə lazım olacağı heç inandırıcı görünmür"- deyə politoloq fikirlərinə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB