Atırau şəhərində Qazaxıstanın görkəmli geoloqu, akademik Muftax Diarovun 80 illik yubileyinə həsr olunan "Ekologiya və neft-qaz kompleksi" adlı beynəlxalq elmi konfrans keçirilib. Tədbirə Qazaxıstandan əlavə Özbəkistan, Azərbaycan və Rusiyadan ümumən 250-dən çox alim və mütəxəssis qatılıb.
Konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Quyuların qazılması texnologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Qalib Əfəndiyev təmsil edib. Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, o, tədbirdə "Qazma tullantılarının su mühitində çökməsi və onun bulanmasına təsiri" adlı məruzə ilə çıxış edib. Azərbaycan alimi həmçinin, konfransın 7 seksiyasından birinin iclasının sədri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB