Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt" xidmətinə Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsi 28 saylı binanın yaxınlığında ağacların qanunsuz olaraq kəsilməsi barədə daxil olmuş şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, araşdırma zamanı həmin ünvanda yaş köküstə 48 ədəd müxtəlif diametrli və müxtəlif cinsli ağacın fiziki şəxs Əlqəmə Cəfərov tərəfindən kəsilməsi faktı aşkar olunub. Təqsirkar barədə akt və protokol tərtib edilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanun pozucusu inzibati qaydada 57600 manat məbləğində cərimə olunub.
Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti həmin ərazidə tikinti işlərinin dayandırılması və yeni yaşıllıqların salınması ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB