“Ən yaxşı sosial çarx” müsabiqəsi keçirilir

“Ən yaxşı sosial çarx” müsabiqəsi keçirilir

Bildiyiniz kimi, Azərbaycan Gənclər Fondu "Ən yaxşı sosial çarx" adı altında gənclər arasında qısametrajlı sosial çarxlar müsabiqəsi keçirib. Müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini gənclərin sosial problemlərinin həllinə istiqamətləndirməkdən ibarət olub.

Fonddan SİA-ya verilən xəbərə görə, müsabiqədə 14-29 yaş arasında olan gənclər və ya gənclərin təşəbbüs qrupları iştirak ediblər. Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən hazırlanan qısametrajlı sosial çarxlar bu istiqamətləri əhatə edib: Yol hərəkəti təhlükəsizliyi və mədəniyyəti, Vətənpərvərlik, Ekologiya və ətraf mühitin qorunması, Gənclik və təhsilin təbliği, Milli adət və ənənələrimiz, Müasir ailə dəyərləri. Müsabiqənin şərtlərinə əsasən ağ-qara və yaxud rəngli, MP4, 1020p-HD formatda 3 (üç) dəqiqəyə qədər çəkilən və DVD diskə köçürülən çarxlar təqdim olunub.

Müsabiqə üzrə 1-ci yer üçün 2000 manat, 2-ci yer üçün 1500 manat, 3-cü yer üçün isə 1000 manat məbləğində pul mükafatı və diplom təqdim olunacaq.

Nəzərinizə çatdıraq ki, müsabiqə çərçivəsində gənclər tərəfindən 55 sosial çarx təqdim olunub. Önümüzdəki həftə ərzində münsiflər heyəti tərəfindən çarxlara baxış keçiriləcək və bir neçə gün ərzində qalib çarxlar müəyyənləşdiriləcək

Bütün xəbərlər Facebook səhifəmizdə