Boluda millət vəkili Qənirə Paşayevanın kitabları təqdim olunub FOTO
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Boluda kitabsevərlərlə görüşüb. SİA-nın məlumatına görə, Bolu Ticarət və Sənaye odasında gerçəkləşən təqdimat-imzalanma mərasimində millət vəkili Qənirə Paşayeva müəllifi olduğu kitabları Bolular üçün imzalayıb.
Təqdimat-imzalanma mərasimində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu "Məndən sonra...", "Səndən sonra...", "O..." "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası", "Aşk deyince ötesini arama...", "Kuzey Kıbrıs və Kıbrıs Türkləri", "Dünyanı dəyişən böyük adam", "Tarixə adını yazmış qadınlar", "Dünyanı dəyişən alimlər", "Hocalı Soykırımı: tanıkların dilinden" və digər kitabları təqdim olunub.
Millət vəkili kitablarının qardaş Türkiyənin Bolu bölgəsində təqdimat-imzalanma mərasiminin keçirilməsindən çox məmnun olduğunu deyib. Bunun təşkilini həyata keçirən Bolu Ticarət və Sənaye odasının başçısı Türkel Ateşe və universitetin dəyərli alimi, dosent Mehmet Karaya ona dəyərli oxucularla belə gözəl bir görüş imkanı yaratdıqları üçün təşəkkür edib. Onlar isə öz növbəsində bu istiqamətdə tədbirlərin iki qardaş dövlət arasında mədəni əlaqələrin genişlənməsinə özünün töhfəsini verəcəyini deyərək bu istiqamətdə layihələri davam etdirəcəklərini bildiriblər.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, yaxın zamanlarda nəşr olunacaq "Qənirə Paşayeva ilə Türk Dünyası" kitabının 2-ci hissəsində Bolu ilə bağlı çox geniş yazısı da öz əksini tapacaq və Azərbaycanlı oxucular bu gözəl bölgəni, onun gözəl insanlarını daha yaxından tanıyacaqlar: "İnanıram ki, o kitabı oxuyan hər kəs mütləq Boluya gəlib Türk Dünyasının bu gözəl və tarixi bölgəsini mütləq görmək istəyəcək. Bolu mənim üçün çox əzizdir və yeni kitabımda Boluya xüsusi yer ayırmağım mənim bu gözəl bölgəyə sevgimin bir göstəricisi olacaq.0".
Təqdimat mərasimində xüsusilə qadınların daha çox qatılmasından məmnun olduğunu bildirən millət vəkili Qənirə Paşayeva qadınların cəmiyyətdəki rolunu xüsusi vurğulayıb. Onların cəmiyyətdə bütün sahələrdə daha da aktiv görmək istədiyini bildirib. Çoxlu sayda oxucuların iştirak etdiyi təqdimat imzalanma mərasimində Qənirə Paşayeva Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə inkişaf edən əlaqələrlə bağlı fikirlərini söyləyib və oxucuları maraqlandıran sualları da cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB