Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) idarə heyətinin üzvü Məcid Musayev, A.M. Qorçakov adına İctimai Diplomatiyaya dəstək Fondunun "Dostlar Klubu"nun ilk (təsis) görüşündə iştirak etmək üçün 29 oktyabr – 2 noyabr tarixlərində Moskvaya səfər edəcək. ATGTİ-dən SİA-ya verilən məlumata görə, tədbir çərçivəsində iştirakçılar, A.M. Qorçakov adına İctimai Diplomatiyaya dəstək Fondunun icraçı direktoru Leonid Draçevski ilə görüşəcək. Rusiyanın xarici siyasət modelini, bu siyasətin əsas prioritetlərini, gələcək inkişafını, bu sahədə mövcud problemləri müzakirə edəcəklər.
Bundan əlavə nümayəndəmiz Məcid Musayev "Vilnüs sammiti ərəfəsində: namizəd ölkələrdə vəziyyət, Avropa Birliyi və Rusiya" mövzusunda keçiriləcək panel iclasında çıxış edəcək.
"Dostlar Klubu"nun sonunda iştirakçılar üçün Rusiyanın Xarici İşlər Nazirliyində qəbul tədbiri keçiriləcək.
Qeyd edək ki, Məcid Musayev bu ilin yanvarında Qorçakov Fondunun gənc mütəxəssisi adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB