Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatı Gənclər Birliyi "Gənclərin İKT bacarıqlarının artırılması" təliminə artıq start verib. SİA-nın məlumatına görə, təlimi giriş sözü ilə açan YAP Gəncə şəhəri Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları" ili elan etməsindən, telekommunikasiya peykimizin orbitə çıxarılmasından, İKT-nin gənclərin fərdi inkişafındakı faydalarından danışıb: "İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edib. Bu, həm biznes, həm zəka, həm də intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz gənclər bu imkanlardan geniş istifadə etməliyik. Bu təlimi təşkil etməkdə məqsəd Gəncə gənclərini bu sahədə daha da maarifləndirmək, istifadəçisi olduğumuz sosial şəbəkələrdən düzgün faydalanmasını təmin etməkdir".
Sonra "Bakcell"-in Gəncə nümayəndəsi Rəşaiq Əliyev və "Aura Park Ticarət və Əyləncə Mərkəzi" idarə heyətinin nümayəndəsi Orxan Mehdiyev çıxış ediblər, təlimdə iştirak edən hər bir gəncə uğurlar arzulayıblar və I, II və III yerləri tutan qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Təlimin birinci günü "Sky Technology"-nın rəhbəri, təlimçi Tural Sadıqlı tərəfindən gənclər, informasiya prosesləri və onların avtomatlaşdırılması, sosial şəbəkələr və saytlara müraciətlə bağlı maarifləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB