Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclərin peşə bacarıqlarına yiyələnməsinə kömək" adlı layihənin icrasına start verib. Qurumdan SİA-ya verilən xəbərə görə, layihənin məqsədi Mərkəzi Aran rayonu – Saatlı şəhərində aztəminatlı ailələrdən olan gənclər üçün ödənişsiz kompüter kurslarının təşkil edilməsi ilə onların bu sahədə biliklərə yiyələnməsinə və məşğulluğunun artırılmasına nail olmaqdan ibarətdir.
Layihə icrası zamanı Saatlı şəhərində aztəminatlı ailələrindən olan gənclər faydalanacaq və kompüter biliklərinə yiyələnəcəklər. 3 ay müddətində davam edən layihədən 100-120 gəncin faydalanması nəzərdə tutulub.
Aparılan işlər gənclərin kompüter texnologiyalarından istifadə imkanlarının artırılmasına, aztəminatlı ailələrdən olan gənclərə kompüter biliklərinin verilməsi ilə onlar arasında işsizliyin azaldılmasına və məşğulluğun artırılmasına xidmət edəcək.
Sonda kursu uğurla bitirən iştirakçılara təşkilat tərəfindən sertifikat təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB