Odessa şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə "Azərbaycanın dünəni, bu günü və gələcəyi" mövzusunda konfrans keçirilib. SİA-ya verilən məlumata görə, Ukraynanın bir sıra vilayət və şəhərlərində yaşayan və təhsil alan azərbaycanlı və ukraynalı gənclərin qatıldığı konfransı Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva açaraq, rəhbərlik etdiyi təşkilatın 3 illik fəaliyyəti haqqında ətraflı məlumat verib. Bu günlərdə Odessa şəhərində Azərbaycan Gənclər Mərkəzinin açılışının olduğunu bildirən Samirə Əliyeva müasir texnologiya və kompyuter avadanlıqları ilə təchiz olunana mərkəzdə mütəmadi olaraq xalqımızın qədim adət-ənənələrini, zəngin mədəniyyətini və milli-mənəvi dəyərlərini özündə əks etdirən tədbirlərin həyata keçiriləcəyini vurğulayıb: "Bu gün dünyanın harasında yaşamasından və təhsil almasından asılı olmayaraq hər bir Azərbaycanlı gənc xalqımızın qədim tarixini dərindən mənimsəməklə, ölkəmizin xoş və parlaq gələcəyinin təmin olunmasına öz töhfəsini verməlidir".
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov konfransda çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf edərək dünyanın aparıcı ölkələri arasında əldə etdiyi tarixi nailiyyətləri barədə məlumat verib. Beynəlxalq arenada müstəqil Azərbaycan dövlətinin imicinin qorunub saxlanılmasında gənclərin üzərinə düşən tarixi missiyadan danışan birliyin rəhbəri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, milli-mənəvi dəyərlərimizin təbliğ olunmasında qarşıda duran mühüm vəzifələrdən bəhs edib.
ARDNŞ–nin Ukrayna nümayəndəliyinin əməkdaşı Həzi Aslanov, UAGB –nin Odessa vilayət təşkilatının aktivistləri Ləman Məmmədova, Bulud Tanrıverdiyev , Sevinc Əzimova , Məlahət Eyyubova , Rafiq Həmidov, Salatın Xocalıyeva və digər çıxış edənlər Azərbaycanla Ukrayna arasındakı iqtisadi, siyasi, elmi, mədəni əlaqələrinin daha da inkişaf etdirilməsi üçün gələcəkdə həyata keçiriləcək tədbirlər haqqında geniş fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB