“Biz Azərbaycanlıyıq” gənclərin yaradıcılıq müsabiqəsi layihəsi həyata keçirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Biz Azərbaycanlıyıq" gənclərin yaradıcılıq müsabiqəsi layihəsi həyata keçirilir. Layihə müasir dünyamızda öz yeri və rolu olan Azərbaycanı hazırki zirvəyə ucaldan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılan Azərbaycançılıq məfkurəsinin gənclər arasından təbliğinə xidmət edir.
SİA-nın məlumatına görə, layihənin əsas ideyasını gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək olmaq və bunun üçün "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramından irəli gələrək Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini gənclər arasında təbliğ etmək təşkil edir.
Layihənin rəhbəri YAP Gənclər Birliyinin mərkəzi ofisinin rəhbəri Sərraf Hüseynov bildirib ki, layihə çərçivəsində Azərbaycançılıq məfkurəsinin vacibliyini əks etdirən, müstəqil dövlətimizin inkişafında rolunu ifadə edəcək videoçarx və bukletlər hazırlanacaq. Layihə əsasən ali və orta məktəblərin yuxarı sinif şagirdlərini, həmçinin orta ixtisas məktəblərinin tələbələrini əhatə edəcək.
Qeyd edək ki, gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği ilə bağlı auditoriyadan kənar seminarların, təbliğat görüşlərinin keçirilməsi, həmçinin istedadlı gənclərin Azərbaycançılıq məfkurəsi ilə bağlı yaratdıqları sənət nümunələrinin, yazdıqları şeir və esselərin müsabiqəsinin keçirilməsi, müsabiqəyə təqdim edilən yazı nümunələrinin çap edilməsi, tədbirlərdə və müsabiqədə xüsusi fərqlənən gənclərin mükafatlandırılması layihədə nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB