Aydın Mirzəzadə şəhid ailəsinə baş sağlığı verdi FOTOLAR

Aydın Mirzəzadə şəhid ailəsinə baş sağlığı verdi FOTOLAR

Millət vəkili Aydın Mirzəzadə vətən yolunda şəhid olan gizir Aydın Əmirsoltan oğlu Abdullayevin ailəsinə baş sağlığı vermək üçün mərhumun evinə gedib. SİA-nın məlumatına görə, mərhum ötən gün Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.

Atası, qardaşları və yaxın qohumları ilə yas mağarında söhbət edən millət vəkilinə bildiriblər ki, yas məclisini Suraxanı rayon İcra hakimiyyəti öz üzərinə götürüb. Dəfn mərasimində Suraxanı ictimaiyyətinin və Müdafiə Nazirliyinin nümayəndələri, hərbi xidmət dostları iştirak ediblər.

Qeyd edək ki, qəhrəmancasına həlak olan A.Abdullayev 2007-ci ildə Ali Hərbi Məktəbə imtahan verib, ancaq müsabiqədən keçə bilməyib. Əsgəri xidmətdən qayıdan A. Abdullayev bir müddət sonra Mübariz İbrahimovun qəhrəmanlığını eşidərək könüllü surətdə Müdafiə Nazirliyinin gizir kurslarına daxil olur.

Hərbi xidmətdə fəallığı ilə seçilən Aydın dəfələrlə mükafatlara layiq görülüb. Cəmisi 20 gün imiş ki, nişanlanıbmış.

Qeyd edək ki, rayonun sayılıb-seçilən insanlarından olan mərhumun atası Əmirsoltan kişi 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Allah şəhidimizə rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə