Zəvvarlar qayıtdı

Bu gün Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu geri dönüb. Bu barədə SİA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, sonuncu zəvvar qrupunu gətirən təyyarə reysi Bakı vaxtı ilə səhər saat 09:00-da Heydər Əliyev adına Hava Limanında yerə enib. Həcilərin sağ salamat evlərinə döndüklərini deyən R. Dadaşova vurğulayıb ki, Azərbaycanda Həcc ziyarəti mövsümü uğurla başa çatıb.

Xatırladaq ki, bu il Azərbaycandan Həzz ziyarətində 3700 zəvvar iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə