Giresunda Qənirə Paşayevanın kitablarının təqdimatı keçirilib FOTO
Giresun Universitetində millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın kitablarının təqdimat-imzalanma mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimat-imzalanma mərasimində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu "Məndən sonra...", "Səndən sonra...", " O..." "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası", "Aşk deyince ötesini arama...", "Kuzey Kıbrıs və Kıbrıs Türkləri", "Dünyanı dəyişən böyük adam", "Tarixə adını yazmış qadınlar", "Dünyanı dəyişən alimlər" və digər kitabları təqdim olunub. Millət vəkili Qənirə Paşayeva kitablarının qardaş Türkiyənin Giresun Universitetində təqdimat-imzalanma mərasiminin keçirilməsindən çox məmnun olduğunu deyib, universitetin rektoru professor Aygün Attara və Universitetin əməkdaşlarına təşəkkür edib. Giresun Universitetinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verməsi və çoxlu sayda birgə gözəl layihələrə başlamasını müsbət hal kimi dəyərləndirən millət vəkili Qənirə Paşayeva Aygün Attarın bu istiqamətdə də fəaliyyətini yüksək qiymətləndirib. Ona dəyərli oxucularla belə gözəl bir görüş imkanı yaratdıqları üçün təşəkkür edib və kitablarının nüsxələrini universitetin rəhbərliyinə və kitabxanasına hədiyyə edib. Giresun Universitetində təşkil edilən təqdimat-imza mərasimində iştirak edən çoxsaylı kitabsevərlər, oxucular müəllifin imzası ilə kitablar əldə ediblər. Tələbələrlə yanaşı Universitetin professor və müəllim heyəti də sevdikləri kitabları müəllifin imzası ilə əldə ediblər. Kitablarla bərabər Qənirə Paşayevanın şeirlərinə bəstələnən mahnılardan ibarət 5 musiqi albomu da musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB