Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) gənclərin maarifləndirilməsi və istedadlı gənclərin üzə çıxarılması yönündə müxtəlif layihələri həyata keçirməyə davam edir. SİA-ya verilən məlumata görə, ATGTİ 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunan "Üçrəngli İdeya Müsabiqəsi" layihəsinə start verir. Sözü gedən layihə gənclərə vətənpərvərlik ruhunun və dövlətçilik ənənələrinin aşılanması, dövlət atributlarının təbliği məqsədini daşıyır.
Nəzərinizə çatdıraq ki, layihə çərçivəsində keçirilən müsabiqəyə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri dizayn proqramlarında hazırlanan dizayn işlərini təqdim etməklə qoşula bilər. "Üçrəngli İdeya Müsabiqəsi"ndə hər bir tələbə-gənc 1 dizayn işi ilə müsabiqəyə qatıla bilər. Təqdim olunan işlərdə üçrəngli bayrağın rənglərinin əks olunması mütləqdir. Müsabiqənin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, həmçinin də qalib olmuş işlər metro stansiyalarında sərgilənəcək.
Qeyd edək ki, müsabiqəyə qatılmaq istəyən gənclər hazırladıqları dizayn işlərini və şəxsi məlumatlarını - ad, soyad, təhsil müəssisəsinin adı və əlaqə telefonlarını qeyd edərək [email protected] ünvanına göndərməlidirlər. Son müraciət tarixi: 5 noyabr 2013-cü il.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB