Milli Televiziya və Radio Şurasının növbəti iclası keçiriləcək

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçiriləcək

Noyabrın 4-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçiriləcək. Şuradan verilən məlumata görə, iclasda "SKY MAX" MMC-nin, "Baku and Boston TV Communication" MMC-nin, "Azad Azərbaycan" Müstəqil Teleradio Şirkətinin və "CTV" MMC-nin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərə baxılacaq.

"SKY MAX" MMC-nin, "Baku and Boston TV Communication" MMC-nin, "Azad Azərbaycan" Müstəqil Teleradio Şirkətinin lisenziya müddəti aprelin 17-də, "CTV" MMC-nin lisenziya müddəti isə sentyabrın 7-də bitib.

Bütün xəbərlər Facebook səhifəmizdə