Dövlət Sərhəd Xidməti Akademiyasının gənc kursantların keçidi olub
Bu gün Dövlət Sərhəd Xidməti Akademiyasının birinci kursa qəbul olmuş kursantların hərbi andiçmə mərasimi keçirilib. Kursantların andiçməsinə onların müəllimləri və komandirləri ilə yanaşı valideynləri də şahidlik ediblər.
Andiçmə mərasimi akademiyanın döyüş bayrağının gətirilməsi ilə başlayıb. Azərbaycan Dövlət Himni oxunduqdan sonra gənc kursantlar andiçməyə dəvət olunub. Əllərini silahlar üzərinə qoyan gənc kursantlar hərbi andı qəbul ediblər.
Akademiyanın rəisi general mayor Araz Məmmədov çıxış edərək kursantları təbrik edib.
Daha sonra gənc kursantların keçidi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB