Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, temperatur gecə 10-13°, gündüz 14-17°, Bakıda gecə 10-12°, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 millimetr civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış yağacaq. Temperaturun gecə 2-6°, bəzi yerlərdə 3° şaxta, gündüz 17-22° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperatur gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Temperaturun gecə 3-8°, gündüz 15-20° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperaturun gecə 2-6°, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° olacağı ehtimalı var.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacaq. Temperatur gecə 6-11°, gündüz 15-20° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperatur gecə 8-12°, gündüz 15-20° isti, dağlarda gecə 0-5°, gündüz 5-8° isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB