Qənirə Paşayeva Giresun İletişim Fakültəsinin açılışında iştirak edib FOTO
Giresun Universitetinin Tribolu İşletim Fakültəsinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Universitet rəhbərliyi tərəfindən dəvət edilən millət vəkili Qənirə Paşayeva də iştirak edib. Əvvəlcə Universitetin rektoru Aygün Attar, fakültənin yaranmasında böyük əməyi olan Tamer Karahasan və Jalə Sarmaşıkla görüşüb. Onlarla qarşılıqlı fikir mübadiləsi aparılıb və fakültə binası ilə tanış olub.
Mərasimi çıxış edən rektor Aygün Attar fakültənin yaranmasında universitet olaraq xeyli əmək sərf etdiklərini və bu yolda Taner Karahasan və dekan Jalə Sarmaşığın xüsusi rolundan bəhs edib: "Əvəllər hər hansı bölgədə işlətmə fakültəsinin açılması xəyal kimi gəlsə də, bizim səyimizlə nəinki bölgə daha kiçik bir ərazidə bu fakültəni açmağa müvəffəq olduq. Həm müəllimlər həm də tələbələr üçün xeyirli olsun". A.Attar çıxışı zamanı eyni zamanda ölkələrimiz arasındakı bağlılıqdan da danışıb.
Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva İşletmə fakültəsinin açılış mərasimində iştirak etməkdən qürur duyduğunu deyib. Universitetdə təhsil alan azərbaycanlı tələbələrin saylarının artacağına ümid etdiyini bildirib. O müasir dövrdə əlaqələrin mühüm olduğunu vurğulayıb: "Əlaqələrin gücləndirilməsi xüsusilə də Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi mühüm məsələdir".
Millət vəkili Qənirə Paşayeva çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Hazırda Aygün Attarın doğulduğu ərazi işğal altındadır. Həmin ərazilərdə nəinki təhsil obyektləri, evlər hətta məscidlər də Ermənistan tərəfindən dağıdılıb. İnşallah gələn tədbirlərimizi birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda və digər o gözəl torpaqlarımız keçirək".
Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva Giresun Universitetinə və onun yeni açılan İletişim fakültəsinə Azərbaycan həqiqətləri, Xocalı Soyqırımı, Azərbaycan mədəniyyəti ilə bağlı materiallar və filmlər hədiyyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB