Müxalifət qəzetlərindən birinin dünənki nömrəsində "Binəqədidə 50 ailənin həyatı təhlükədədir, Ağdamdan olan qaçqınlar çadırlarda gecələyirlər" başlıqlı yazıdərc olunub. Məqalədə göstərilir ki, guya Bakı şəhəri Binəqədi rayonu ərazisində Həmzə Babaşov küçəsində Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binasında məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkün Arif Bayramovun məskunlaşdığı mənzili söküblər və buna görədə həmin ailə çadırda yaşamağa məcbur olubdur.
Dövlətqaçqınkomun mətbuat xidmətindən SİA-ya verilən məlumatda isə bildirilir ki, Binəqədi rayonu ərazisində Həmzə Babaşov küçəsi Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin bir qismi bir neçə ay bundan öncə Komitə tərəfindən Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yeni salınmış məhəllələyə köçürülüblər.
Yazıda adı çəkilən Ağdam rayonundan olan məcburi köçkün Arif Babayev isə digər rayon ərazisində yaşayıb, Binəqədi rayonu ərazisində qeydiyyatda olmayıb və sonradan gələrək hər hansı bir yolla ev almaq üçün məcburi köçkünlərin köçrüldüyü köhnə binada qeyri-qanuni olaraq məskunlaşıb.
Bununla əlaqədar olaraq bildiririk ki, hazırda Komitənin balansında boş mənzil fondu yoxdur və hər bir məcburi köçkün ailəsi qanuni olaraq faktiki yaşadığı ünvan üzrə gələcəkdə mərhələli şəkildə köçürüləcəkdir.
Həmçinin məcburi köçkünlərin köçürülməsi üçün obyektivliyi və şəffaflığı təmin etmək üçün məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Rayon İcra Hakimiyyətinin, əraziləri işğal olunmuş Rayon İcra Hakimiyyətinin, məcburi köçkün icmalarının nümayəndələriniun və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət Komissiya tərəfindən mənzillərin püşkatma yolu ilə bölüşdürülməsi ilə həyata keçirilir.
Müxalifətyönümlü kütləvi informasiya vasitələrində yazılan yazılar bir daha bu cür yazılarla dövlətin məcburi köçkünlərlə bağlı həyata keçirdiyi genişmiqyaslı tədbirlərə kölgə salmaq və onlar arasında narazılıq yaratmaq məqsədini daşıyır. Hesab edirik ki, "Yeni Müsavat" qəzeti bu cür yazılar verməzdən əvvəl gərək rəsmi qurumların da bu məsələ ilə bağlı mövqeyini öyrənməli və ictimaiyyətə əsassız və həqiqətə uyğun olmayan yazılar verməkdən çəkinməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB