Elşən Musayev: “Nağıl qəhrəmanları qeyb olur, siravi “şəngülüm”lər isə gedir işinin dalınca…”
"Radikal müxalifətin mitinqlərindəki elektorat, say dinamikası sürətlə enişə doğru gedir. Bunu özləri də hiss etməmiş deyil. Sadəcə siyasi proseslərdəki həssaslıq hələ təbii səbəblərdən dolayı meydada hiss olunur deyə, bu müddəti lazımınca dəyərləndirməyə çalışırlar. Amma olsun. Bu cür avantürist gedişlər, hərdəmxəyal addımlar həmin binəvaların könlünü, ruhunu rahatladacaqsa, buyurub davam etsinlər. Gördüyünüz kimi, aidiyyatlı dövlət qurumları da hər hansı bir aksiya ilə bağlı müzakirə belə aparmadan istədikləri məkanı radikal müxalifətə peşkəş edirlər. Məncə tam da doğru bir addımdır. Çünki, hər yeni, istinasız güzəşt "Milli Şura"nın özünü bir az da daha rəzil, ifşa etməsi üçün növbəti fürsətdir". SIA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev "Milli Şura"nın sabaha təyin edilən mitinqinə münasibət bildirərkən söyləyib.
"Cəmil Həsənli hələ demoqoqika ilə məşğuldur, sənəd yığır, arxiv toplayır, "iş verir". Eyni zamanda anlamır ki, beynəlxalq aləm və dünya onun özü ağılda deyil və ya prosesləri dar çərçivədən analiz etmir. Yüz şantajla, min hiyləylə fədakar görünməyə, özünü Əli Kərimlinin, İsa Qəmbərin odunda kül olunca yandırmağa çalışsa da, xeyri yoxdur, olmayacaq! Seçki bitib, qatar gedib, təyyarəyə də bilet çoxdan qurtarıb. Havalı-havalı az gəzsin ortalıqda. Nəticə olmayacaq.
O ki qala "mitinq-mitinq" oyununa...düşünürəm ki, bu məsələdə Cəmil bəy külli-ixtiyar sahibidir. Ürəyi istəyən qədər oynasın. Hətta ətrafındakı siyasi müqəvvaları da özü ilə bərabər oynatsın. Onsuzda hər seçkidən sonra bunların reablitasiyası ən az 2-3 ay çəkir. Daha sonra nağıl qəhrəmanları qeyb olur, siravi "şəngülüm-şüngülüm"lər isə gedir işinin dalınca", - deyə politoloq fikirlərinə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB