Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Rəsm Qalereyasında Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Azərbaycan gəncləri narkotiklər əleyhinə" mövzusunda inşa yazı və rəsm müsabiqəsinin yekun mükafatlandırılma mərasimi keçirilib. Qurumdan SİA-yə verilən xəbərə görə, tədbirdə Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, rayon idarələrinin əməkdaşları, şagird və valideynlər iştirak ediblər.
Tədbirdə baş idarənin rəisi R. Abbasov çıxış edərək bildirib ki, narkomaniyaya qarşı mübarizə davamlı, ardıcıl həyata keçirilməlidir. Bu, həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işidir. Azərbaycanda narkomaniyaya qarşı mübarizə bütün sahələrdə heç vaxt kampaniya xarakteri daşımayıb, bununla bağlı dövlətin çox aydın ifadə edilən siyasi iradəsi mövcud olub. Ona görə də bu bəlaya qarşı qlobal şəkildə, birgə mübarizə aparılmalıdır. Sonda Raqif Abbasov gənc istedadları bir daha təbrik etmiş onları pis vərdişlərdən uzaq olmağa çağırıb.
Sonra mükafatlandırma mərasimi keçirilib. İnşa yazı müsabiqəsində I yerə Qaragöz Zəhra (Səbail rayonu 6 saylı məktəb), II yerə Yaqubova Günell (Xətai rayonu 116 saylı məktəb), III yerə Nəzərova Günay (Səbail rayonu 329 saylı məktəb), rəsm müsabiqəsində isə I yerə İsmayıl Vəzirov (Yasamal rayonu ), II yerə Aynur Seyidova (Nəsimi rayonu ), III yerə Fərid Zeynalov (Yasamal rayonu ) layiq görülüblər. İnşa yazı və rəsm müsabiqəsində fərqlənən şagirdlər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB