Aydın Əliyev Tovuzda vətəndaşları qəbul edib

Aydın Əliyev Tovuzda vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev oktyabrın 25-də Tovuz Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edib.

DGK-nın struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib.

Komitənin səlahiyyətlərinə aid olan müraciətlərin bir qismi yerindəcə öz müsbət həllini tapıb. Bəzi məsələlərin isə həll olunması üçün müvafiq tapşırıq verilib. DGK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə