Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, monitorinq iştirakçıları ilk öncə Tərtər rayon İcra Hakimiyyətində olublar. Səhər saatlarında icra başçısı ilə görüşən ATƏT nümayəndələrinə cəbhə xəttindəki son vəziyyət barədə məlumat verilib. Bildirilib ki, erməni hərbiçiləri mütəmadi olaraq Azərbaycan Milli Ordusunun üzbə-üz mövqeləri ilə bərabər, təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrimizi də atəşə tuturlar. Tez-tez atəşə tutulan kəndlərdə insanların həyat şəraiti çətinləşib.
Daha sonra nümayəndə heyəti cəbhə xəttinə yola düşüb. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtər rayonunun Həsənqaya kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svidberq keçirib. Bir saatdan çox davam edən monitorinq insidentsiz başa çatıb.
Qeyd edək ki, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB