Həftə sonu paytaxt çiskinli olacaq

Həftə sonu paytaxt çiskinli olacaq

"Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru az çiskinli olacağı gözlənilir". SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova bildirib ki, mülayim cənub küləyi gündüz arabir güclənəcək: "Oktyabrın 26-da paytaxtda və yarımadada havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 15-18 dərəcə isti olacaq".

Şöbə rəisi deyib ki, həftə sonu ölkənin bölgələrində əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir: "Lənkəran, Astara zonasında intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə