“ASAN könüllü gənclər” İctimai Birliyi yaradılacaq

“ASAN könüllü gənclər” İctimai Birliyi yaradılacaq

"ASAN xidmət" mərkəzlərində çalışan könüllü gənclərin "ASAN könüllü gənclər" İctimai Birliyinin (İB) yaradılması üzrə təşəbbüs qrupunun ilk müzakirəsi keçirilib. SİA-ya verilən məlumata görə, "ASAN könüllü gənclər" İB-nin yaradılması ideyası bir neçə könüllü gəncin birgə təşəbbüsü olmaqla ərsəyə gəlib. "ASAN könüllü gənclər" İB-nin yaradılması üzrə təşəbbüs qrupunun bu toplantısının məqsədi qarşılıqlı fikir mübadiləsinin həyata keçirilməsi və təşkilatın fəaliyyəti ilə bağlı perspektiv imkanların müəyyənləşdirilməsidir.

Dövlət Agentliyinin rəhbərliyi öz növbəsində könüllü gənclərin bu cür təşkilatlanma təşəbbüsünü bəyənib və onlara hərtərəfli dəstəyin göstəriləcəyini qeyd edib.

Müzakirələrin sonunda "ASAN könüllü gənclər" İB-nin təsis olunması və daha sonra idarə heyətinin formalaşdırılması üçün seçki qurultayının keçirilməsi və qeydiyyat proseduru üçün zəruri sənədlərin toplanılması qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə