Misirin Qahirə Universitetinin iqtisadiyyat və siyasi elmlər fakültəsində "Explore more about Azerbaijan after 22 years independence" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans 2013-cü ildə Azərbaycana "Mən Azərbaycan haqda nə bilirəm" inşa müsabiqəsinin qalibləri kimi səfər edən misirli tələbələrin təklifi və Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyin dəstəyi ilə keçirilib.
Konfransda sözügedən fakültənin tələbələri ilə yanaşı digər fakültənin tələbələri də iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycandan bəhs edən filim nümayiş olunduqdan sonra 2013-cü ildə Azərbaycana səfər edən bir neçə misirli tələbə Azərbaycan barədə söhbət açıblar və öz təəssüratlarını tələbə yoldaşları ilə bölüşüblər. Azərbaycana səfərlərindən məmnun olduqlarını bildirən tələbələr Azərbaycanın ən inkişaf etmiş Avropa ölkələrindən fərqlənmədiyini bildiriblər.
Konfransda iştirak edən səfirliyin əməkdaşı Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra bir sıra çətinliklərlə üz-üzə qaldığını və xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın böyük bir bəladan xilas olunduğunu bildiriblər. Tələbələrə Azərbaycanın müstəqilliyə gedən yolunun çox çətin olduğu bildirilərək, bu müstəqilliyin əldə olunması üçün azərbaycanlıların qanlı 20 yanvar hadisəsini yaşamalı olduğu vurğulanıb.
Tədbir zamanı tələbələrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi barədə geniş məlumatlar verilib.
Tədbirdə həmçinin 9 oktyabr Azərbaycanda Prezident seçkilərinin keçirilməsi barədə tələbələrə məlumat verilib. Cənab İlham Əliyevin Azərbaycan xalqının böyük əksəriyyətinin rəğbətini qazanaraq, yenidən Prezident seçildiyi bildirilib.
Konfransın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, onlarda ölkəmizə qarşı böyük maraq hiss olduğu müşahidə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB