Azərbaycan Gənclər Fondunun maliyyə yardımı ilə keçirilən "İnkulturasiya və Akkulturasiya" beynəlxalq proqramları üzrə Gənclər üçün Workshop layihəsi çərçivəsində "Kulturoloji Layihələrin yazılışı və idarəedilməsi" təlimi keçirilib. SİA-nın məlumatına görə, təlim zamanı Tamerlan Dəmirbəylinin moderatorluğu ilə gənclərə 3 panel (əsas panel, büdcə analizi paneli, nümunə təhlili paneli), 4 sessiya (Layihələrin yazılışı, Layihələrin idarəolunması, İşgüzar oyunlar və Komanda işi mövzularında) və 16 modul üzrə peşəkar biliklər verilib.
Təlim zamanı daha fəal olan gənclər "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən təşkil olunacaq mədəniyyət tədbirinə qatılmaq imkanı qazanıblar. Təlim dəyərli diskussiyalardan sonra başa çatıb. Təlim iştirakçıları sonda xatirə şəkli çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB