Oktyabrın 17-23-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində "Epizootik tədbirlərin nəzarəti rəqəmlərinin müəyyənləşdirilməsi üçün komissiya" 2013-cü ilin 9 aylıq tədbirlər planının rayon (şəhər) baytarlıq idarələri tərəfindən yerinə yetirilməsi və 2014-cü il üçün yerlərdə aparılacaq epizootik tədbirlərin nəzarəti rəqəmlərinin müəyyənləşdirilməsini həyata keçirib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin sözçüsü Yolçu Həsənovun SİA-ya verdiyi məlumata görə, komissiyada adıçəkilən məsələlərə baxıldıqdan sonra onun nəticələri Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmovanın rəhbərliyi altında keçirilən toplantıda müzakirə olunub. Heyvanların sağlamlığı keşiyində ayıq-sayıq dayanan bir dövlət qurumu kimi baytarlıq idarələrinin daha məsuliyyətlə işləmələri, profilaktiki tədbirlərin təlimata uyğun aparmaları, yerlərdə bioloji preparatların tələb olunan şəraitdə saxlanılmasına xüsusi diqqət yetirmələri tövsiyə olunub, eləcə də ölkədə dabaq, qarayara, quduzluq və digər bu kimi iti yoluxucu xəstəliklərə qarşı mübarizənin aparılmasına diqqətin göstərilməsi tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB